Bank Of Baku

Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması üçün ayrılacaq torpaq sahələrinin yeri və sahələri müəyyənləşib

Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması üçün ayrılacaq torpaq sahələrinin yeri və sahələri müəyyənləşib
# 22 fevral 2012 09:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə iri fermer təsərrüfatlarının yaradılması üçün ayrılacaq torpaq sahələrinin yeri və sahələri müəyyənləşib. «APA-ECONOMICS»in xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, ümumilikdə bu təsərrüfatların yaradılması üçün 200 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub ki, bu da iki mərhələdə həyata keçiriləcək: «Birinci mərhələdə 70 min hektar ərazinin ayrılması nəzərdə tutulub. 2013-2020-ci illərdə isə bu məqsədlə daha 130 min hektar ərazi ayrılacaq».

Birinci mərhələdə nəzərdə tutulan 70 min hektar torpaq sahəsi Saatlı, Sabirabad, Biləsuvar, Beyləqan rayonları ərazisindədir: «Birinci mərhələyə o yerlər salınıb ki, orada kanallar, meliorasiya-irriqasiya sistemini həyata keçirmək üçün şərait var».

İkinci mərhələdə isə əkin dövriyyəsinə 130 min hektar torpaq daxil olacaq. Bu torpaqlar Qax, Şəmkir, Saatlı, Sabirabad, eləcə də Yevlax rayonundan Kür çayına paralel istiqamətdə çəkiləcək yeni Şirvan kanalı boyunca olan torpaqlar (burada təqribən 70 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək), həmçinin Araz çayının yeni çəkiləcək qolu boyunca olan İmişli, Neftçala və Lənkəran ərazilərindəki torpaqlar daxildir.

Q.Məmmədov qeyd edib ki, hazırda sözügedən torpaqların istifadəsi üçün əsas görüləcək iş onların suvarma sistemi ilə təmin olunmasıdır: «Suvarma və meliorasiya problemləri həll olunduqca, əkin sahələri kimi istifadə olunacaq torpaqların sahəsi də genişlənəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR