Bank Of Baku

Azərbaycanda yanvarda kənd təsərrüfatı istehsalı 3% artıb

Azərbaycanda yanvarda kənd təsərrüfatı istehsalı 3% artıb
# 22 fevral 2012 10:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanda 956,4 min hektar sahədən payızlıq dənli bitkilərin məhsulunun toplanması gözlənilir.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dənlilərin 689,1 min hektarı və yaxud 72,1%-i buğda, 267,3 min hektarı və yaxud 27,9%-i arpa əkinləridir: «Son üç ildə Azərbaycan üzrə payızlıq dənlilərin hektardan orta məhsuldarlığının 23,6 sentner olduğunu nəzərə alsaq, 2012-ci ildə həmin sahələrdən təxminən 2,3 mln. ton taxıl məhsulu gözlənilir».

Cari ilin yanvar ayında diri çəkidə 34,7 min ton ət, 123,6 min ton süd, 92,4 mln. ədəd yumurta istehsal edilib, 2011-ci ilin yanvar ayına nisbətən ət istehsalı 2,2%, süd istehsalı 4,4%, yumurta istehsalı isə 0,2% artıb.

«Cari ilin yanvarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 177,7 mln. manat olub və müqayisəli qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9%, o cümlədən heyvandarlıq məhsulları 2,9%, tərəvəz və sair bitkiçilik məhsulları isə 5,7% artıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR