Hindistan pambıq ixracına qadağa qoyub
05 mart 2012 13:41 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ikinci nəhəng pambıq istehsalçısı və ixracatçısı olan Hindistan yerli istehsalçıların maraqlarını qorumaq üçün pambıq ixracına qadağa qoyub.
“APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, qadağanın müddəti məlum deyil. Embarqo hökumətin müvafiq sərəncamı olana qədər davam edəcək.
“Cotton Textiles Export Promotion Council” şirkətinin icraçı direktoru Siddhartha Racaqopal (Siddhartha Rajagopal) bildirib ki, ötən maliyyə ilində (martda başa çatacaq) pambıq ixracının həcmi hökumətin gözləntilərini üstələyib. Hindistan il ərzində 8,5 mln. bağlama (bir bağlamanın çəkisi 170 kq) ixrac edib.
S.Racaqopal deyib ki, Çində pambığa tələbatın artmasını nəzərə alaraq cari ildə Hindistandan xammal ixracı 10 mln. bağlamadan artıq ola bilər.

Aqrar-sənaye kompleksi
Kənd təsərrüfatında orta illik artım tempi hədəflənmiş artım tempindən aşağı olub
10:40
27 may 2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:03
24 may 2024
Siqaretin idxalı sahəsində yeni tələb qoyulub
13:03
24 may 2024
Tütün məmulatının idxalı və istehsalı sahəsində sahibkarların reyestri aparılacaq, icazə sistemi tətbiq olunacaq
13:03
24 may 2024