Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri fevralda 1% ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri fevralda 1% ucuzlaşıb
# 06 mart 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9%, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,2% ucuzlaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,5% bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə dəyişməz qalıb (0,2%).

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,2%, kələmin 4,1%, göyərtilərin 2,4%, balqabağın 14,3%, baş sarımsağın 3%, göy soğanın 0,7%, yoncanın istehsalçı qiymətləri 2,7% bahalaşıb, kartofun istehsalçı qiymətləri 4,3%, baş soğanın 0,9%, xiyarın 0,5%, pomidorun istehsalçı qiymətləri isə 0,3% ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 2%, fındığın 0,2%, şabalıdın 4,5%, qozun istehsalçı qiymətləri 0,7% bahalaşıb, limonun istehsalçı qiymətləri isə 12,2% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1%, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 2% bahalaşıb: «Bu bahalaşma ilə yanaşı ay ərzində camış südünün istehsalçı qiymətləri 0,2%, yumurtanın 18%, təbii balın 0,8%, mal, quş və donuz ətlərinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 5,9%, 5,5% və 1,6% ucuzlaşıb».

Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 18,9% bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR