Bank Of Baku

Azərbaycanlı investorun Ukraynadakı layihəsi üçün əlavə sərmayə axtarılır

Azərbaycanlı investorun Ukraynadakı layihəsi üçün əlavə sərmayə axtarılır
# 09 mart 2012 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukraynanın Zaporojye vilayətində azərbaycanlı iş adamına məxsus un istehsalı üzrə yenidən qurulmaqda olan müəssisəyə sərmayə qoymaq və birgə işbirliyi yaratmaq istəyən yerli və xarici sahibkarlar axtarılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, ümumi dəyəri 7,2 mln. ABŞ dolları olan layihə üzrə ən az 4 mln. dollar sərmayə yatırılmaqla birgə müəssisə qurulması təklif olunur.

«Birgə investisiya tələb edən zavodun imkanları böyükdür. Zavodda quraşdırılması üçün Türkiyədə istehsal olunan yeni avadanlıq sifariş edilib. Sutka ərzində 500 ton taxıl üyütmək gücünə malik avadanlıq, enerji istehsalı, insan əməyi və məhsul itkisini minimuma endirmək imkanı verir, tam avtomatik rejimdə işləyir. Zavod logistik baxımdan əlverişli yerləşməyə malikdir. Zavodun ərazisində yerləşən dəmir yolu xətti əraziyə yaxın dəmiryolu şəbəkəsinə birləşir, bundan əlavə Simferopol-Moskva magistral yolu zavodun yaxınlığından keçir», - deyə Azpromo-dan bildirilir.

Layihə barədə ətraflı məlumat almaq və müəssisəyə birgə sərmayə qoymaq istəyən sahibkarlar Azərbaycanın Ukraynadakı səfirliyi ilə əlaqə saxlaya bilər: tel: (+38044) 484-69-40, 486-58-59/57.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR