Bank Of Baku

Azərbaycan prezidenti Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak edib

Azərbaycan prezidenti Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak edib
# 13 mart 2012 15:38 (UTC +04:00)
APA-Economics”-in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilib. Layihəyə 5 milyon manat investisiya qoyulub ki, bunun da 1 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti təşkil edir.

Qeyd edilib ki, soyuducu anbar və istixana komplekslərinin inşası zamanı “Aqrolizinq” ASC-dən də ümumi dəyəri 2,4 milyon manat olan avadanlıq və köməkçi vasitələr lizinq yolu ilə alınıb. Komplekslərin tikintisinə 2011-ci ildə başlanıb. Layihənin icrası nəticəsində 60 nəfər işlə təmin olunub.

Bildirilib ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaq. Türkiyə və Niderland texnologiyası əsasında qurulmuş istixana kompleksində istehsal olunacaq tərəvəz məhsulları xarici ölkələrə də ixrac ediləcək. Daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən də istifadə etməklə istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılması nəzərdə tutulub.

“Masera” MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan prezident kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR