Bank Of Baku

Dünya Bankının Azərbaycanda Kənd İnvestisiyaları Layihəsinin ilk mərhələsi başa çatır

Dünya Bankının Azərbaycanda Kənd İnvestisiyaları Layihəsinin ilk mərhələsi başa çatır
# 15 mart 2012 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) və Azərbaycan hökuməti tərəfindən reallaşdırılan Azərbaycan Kənd İnvestisiyaları Layihəsi (AZKİL) başa çatmaq üzrədir. Bu barədə layihə çərçivəsində bu gün Bakıda keçirilən icmalarla iş üzrə yerinə yetirilmiş fəaliyyətləri qiymətləndirmək və gələcək fəaliyyətlərdə istifadə edilmək üçün növbəti addımları müəyyənləşdirmək məqsədilə bir neçə qeyri-hökumət təşkilatı ilə müzakirələrdə çıxış edən DB-nın sosial inkişaf şöbəsinin nümayəndəsi və AZKİL-ın tapşırıq qrupunun rəhbəri Daniel Ouen bildirib.

Layihə barədə danışan D.Ouen qeyd edib ki, AZKİL-ın reallaşmasına 2005-ci ildə başlanılıb və iki mərhələdən ibarət olan 6 ili əhatə edib. DB və Azərbaycan arasında layihənin icrası üçün 2005-ci ildə ümumi məbləği 21,1 mln. ABŞ dolları olan kredit sazişi imzalanıb. Azərbaycan hökumətinin layihədə payı isə 1,335 mln. dollar olub». Layihənin ikinci mərhələsinin icrasına DB Azərbaycan hökumətinə əlavə vəsait ayırıb ki, AZKİL çərçivəsində bankın ayırdığı kreditin ümumi məbləği 30 mln. dollar olub.

D.Ouen onu da bildirib ki, cari ilin martın 31-də layihənin ikinci mərhələsinə yekun vurulacaq. Lakin buna baxmayaraq layihə, yəni AZKİL-II davam etdiriləcək.

Qeyd edə ki, AZKİL ilkin olaraq 21 rayonu əhatə edib. Daha sonra isə (DB-nın əlavə vəsaiti hesabına) rayonların sayı 34-ə çatdırılıb. Layihə çərçivəsində 750 kənd icmalarında səfərbərlik aparılıb, təlim keçirilib, 650 icmaya müxtəlif həcmdə qrantlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR