Bank Of Baku

BMT: Bu il ərzaq məhsulları ucuzlaşacaq

BMT: Bu il ərzaq məhsulları ucuzlaşacaq
# 16 mart 2012 09:56 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi artımın azalması və işsizlik səviyyəsinin artması səbəbindən bu il dünyada ərzaq mallarının qiyməti aşağı düşəcək. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış edib.

Xanoy (Vyetnam) şəhərində keçirilən konfransda çıxış edən FAO-nun baş direktoru Joze Qratsianu da Silva bildirib ki, sadalanan səbəblər üzündən ərzaq məhsullarına tələbat azalacaq, bu isə öz növbəsində qiymətlərin bir qədər ucuzlaşmasına gətirib çıxaracaq.

Bununla belə, FAO ekspertləri ucuzlaşmanın qısamüddətli olacağını da qeyd ediblər: “Yaxın 10 ildə demək olar ki, bütün ərzaq məhsulları bahalaşmaqda davam edəcək”.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, dünya iqtisadiyyatının artım səviyyəsi ötən ilki 2,3%-dən bu il 3,3%-ə enəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR