Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsulları üzrə yeni standartlar tətbiq ediləcək

Azərbaycanda kənd təsərrüfatı məhsulları üzrə yeni standartlar tətbiq ediləcək
# 27 mart 2012 08:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov –APA-Economics. Azərbaycanda yeni kənd təsərrüfatı məhsullarının, yəni ekoloji təmiz məhsullarla bağlı yeni standartlar kompleksi üzərində işlər başlanıb. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib. Onun sözlərinə görə, bu standartlar Avropada «organic farming» standartlar kompleksinə daxildir.

Yeni standartların tələbləri məhsulun becərildiyi torpaqdan tutmuş, məhsula qulluq - ona verilən gübrələrin və suyun tərkibi, məhsulun işıqlandırılması və s. məsələləri əhatə edir.

N.Tağıyevin sözlərinə görə, yeni standartların tətbiqi Azərbaycanda ixrac təyinatlı məhsulların istehsalının genişləndirilməsi üzrə siyasətə uyğun olaraq həyata keçirilir: «Bir qədər əvvəl dövlət başçısı yerli kənd təsərrüfatı məhsullarının xaricə ixracı ilə bağlı tapşırıqlar verib. Bunun üçün isə yerli məhsullar standartlara cavab verməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR