Bank Of Baku

Azərbaycan Qazaxıstandan taxıl idxalını 40% azaldıb

Azərbaycan Qazaxıstandan taxıl idxalını 40% azaldıb
# 27 mart 2012 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 18,5% azalaraq 275,6 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, hesabat ilində idxal 26% azalma ilə 217,3 mln. dollar, ixrac isə 130,7% artımla 58,3 mln. dollar olub: «İdxal səviyyəsinin enməsi Qazaxıstandan Azərbaycana tədarük olunan taxılın həcminin 40%-ə yaxın azalması ilə izah olunur».

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 2 458,5 min ton taxıl istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR