Bank Of Baku

Azərbaycana xaricdən gətirilən cins heyvanların sayı 6 minə çatdırılacaq

Azərbaycana xaricdən gətirilən cins heyvanların sayı 6 minə çatdırılacaq
# 28 mart 2012 12:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Aqrolizinq ASC” tərəfindən 2009-2011-ci illər ərzində ayrılmış 11 mln. manat vəsaitə Almaniya və Avstriyadan 3270 baş südlük istiqamətdə cins damazlıq heyvanlar alınıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ondan 170 baş damazlıq heyvan və 300 min manat vəsait Naxçıvan Muxtar Respublikasına verilib.

2009-2011-ci illərdə alınmış cins damazlıq heyvanların baş sayı artaraq hazırda 5000 başa çatdırılıb və bu rəqəmin may ayının sonuna kimi 6000 başa çatdırılması gözlənilir.

Nazirlikdən bildirilib ki, 2012-ci ildə Prezidentin Ehtiyat Fondundan ayrılmış 10 mln. manat vəsaitdən 600 min manat Naxçıvan MR üçün nəzərdə tutulub.

“Qalan 9,4 mln. manat vəsait hesabına bu il martın 15-də tender keçirilib və həmin vəsaitə bu ilin sonuna kimi Almaniya və Avstriyadan daha 3000 baş damazlıq heyvanların alınması gözlənilir” - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR