Bank Of Baku

Cəlilabadda şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib

Cəlilabadda şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib
# 29 mart 2012 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Cəlilabadda «Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabət qabiliyyətli şərab məhsullarının istehsalının artırılması» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, hazırda Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları müxtəlif ölkələrə ixrac edildiyini qeyd edən Z.Qasımov vurğulayıb ki, «2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına, kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaq.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, üzümçülüyün və şərab istehsalının inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılmasında «GSP+» proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR