Bank Of Baku

Dünya Bankının missiyası Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüşüb

Dünya Bankının missiyası Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüşüb
# 30 mart 2012 15:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının (DB) Bakıda səfərdə olan missiyası ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə DB missiyasının rəhbəri Nikolas Ahousousi (Nikolas Ahouissoussi), məsləhətçisi Sitendra Srivastava (Citendra Srivastava) və əməliyyatlar üzrə baş mütəxəssis Rufiz Çıraqzadə iştirak ediblər.

Görüş zamanı İ.Abasov «Qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri» barədə DB-nin təşəbbüsünü dəstəklədiyini söyləyərək, bu sahədə zəruri tədbirlərə dair Milli Kənd Təsərrüfatı Strategiyanın hazırlanmasını vacib hesab edib və adaptiv tədbirlərdən ibarət ölkə əhəmiyyətli layihələrin hazırlanaraq həyata keçirilməsində DB-nin də dəstəyinə ümid edəcəyini qeyd edib.

Nazir DB ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsi üçün ölkədə geniş imkanların mövcudluğunu bildirərək, qeyd edilən məsələlərin həllində, eləcə də Azərbaycanın kənd təsərrüfatının inkişafı və müasirləşməsində DB-nin lazımi köməkliyinin əsirgəməyəcəyinə əminliyini nəzərə çatdırıb.

Öz növbəsində N.Ahousousi «Qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri» mövzusunda aparılan müzakirələrin səmərəli olduğunu və DB-nin bundan sonra da Azərbaycanın kənd təsərrüfatının inkişafına öz töhfələrini verəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda DB tərəfindən «Azərbaycanda kənd təsərrüfatı investisiyaları layihəsi» maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR