Bank Of Baku

Azərbaycanda pivənin nisbətən baha olmasının səbəbləri açıqlanıb

Azərbaycanda pivənin nisbətən baha olmasının səbəbləri açıqlanıb
# 03 aprel 2012 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın əsas pivə istehsalçısı olan «Baltika-Bakı» şirkəti ölkədə realizə etdiyi pivənin qiymətini artırmaq niyyətində deyil. «APA-Economics»in məlumatına görə, bu barədə «Baltika-Bakı»nın baş direktoru Adam Tlexuray bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi çərçivəsində Azərbaycan paytaxtına çoxlu sayda əcnəbi turist axını gözlənilir: «Eyni zamanda, bu ilin iyun ayında futbol üzrə Avropa çempionatı keçiriləcək ki, futbol həvəskarlarının əksəriyyəti oyunları televizor vasitəsilə bir-neçə pivə şüşəsi arxasında izləməyə üstünlük verir. Bu iki amili nəzərə alaraq, biz bu il pivə istehsalını artıracağıq – ötən ilki 3,2 mln. dekalitrdən 4,8 mln. dekalitrədək».

Azərbaycanda digər ölkələrə nisbətən pivənin baha olmasını şərh edən A.Tlexuray onu da qeyd edib ki, Azərbaycanda pivə istehsalı üçün tələb olunan xammal (biyan və mayaotu) yetişdirilmir və xammal ölkəyə idxal olunur – bu da ölkədə pivənin bir qədər baha olmasının səbəblərindən biridir: «Biz üzümüzü fermerlərə tutub deyirik ki, pivə üçün tələb olunan xammalı ölkədə yetişdirsinlər və biz də sözügedən xammalı məhz ölkənin daxilində ala bilək».

Qeyd edək ki, 2008-ci ilin may ayında Rusiyanın «Baltika» pivə zavodu Xırdalanda yerləşən «Baku-Castel» zavodunun səhmlərinin 92%-ni alıb və 2009-cu ilin yanvar ayında sözügedən müəssisə adını «Baltika-Bakı»ya dəyişib. Hazırda sözügedən zavodun məhsulları Azərbaycanın pivə bazarının 75%-ni əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR