Bank Of Baku

Rusiya buğda ixracında yeni rekord müəyyənləşdirib

Rusiya buğda ixracında yeni rekord müəyyənləşdirib
# 16 aprel 2012 11:04 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya ötən il iyulun 1-dən bu il aprelin 1-nə qədər 18,5 mln. ton buğda ixrac edib ki, bu da tarixi rekord sayılır.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Aqrar Bazarın Konyunkturu İnstitutunun direktoru Dmitri Rılko açıqlama verib.

O, 2011-2012-ci kənd təsərrüfatı ilinin yekununda Rusiyanın xaricə 20,5 mln. ton taxıl satacağını proqnozlaşdırıb. Rusiya buğdasının əsas alıcıları isə Şimali Afrika, Yaxın Şərq ölkələri və Türkiyədir.

Qeyd edək ki, 2010-cu ildə Rusiyada baş verən quraqlıq nəticəsində məhsuldarlıq kəskin aşağı düşüb və hökumət taxıl ixracına embarqo qoymaq məcburiyyətində qalıb. Embarqo 2011-ci ilin 1 iyuluna qədər qüvvədə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR