Bank Of Baku

Azərbaycan kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair xarici ölkələrin təcrübəsini öyrənir

Azərbaycan kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair xarici ölkələrin təcrübəsini öyrənir
# 16 aprel 2012 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə İsraildə qida və kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik «Juran» şirkəti tərəfindən azərbaycanlı iş adamları üçün «Kənd təsərrüfatının innovasiya sistemləri və maşınqayırmada yeni texnologiyalar və həllər» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Azpromo-nun vitse-prezidenti Gülşən Rzayeva iş adamları arasında əlaqələrin genişləndirilməsində bu cür tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb, yerli iş adamlarının müasir texnologiyalar barədə məlumatlandırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Öz növbəsində «Juran» şirkətinin nümayəndəsi Avner Galili təmsil etdiyi şirkətin fəaliyyəti, kənd təsərrüfatında innovasiya sistemləri, yeni texnologiyaların tətbiqinə dair şirkətin təcrübəsi barədə təqdimatla çıxış edib.

Tədbirdə bu sahədə İsrail təcrübəsinin Azərbaycanda tətbiqinə dair fikir mübadiləsi aparılıb, yerli iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Azərbaycana səfəri çərçivəsində «Juran» şirkətinin nümayəndəsi A.Galili kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən bir sıra müəssisələrdə tətbiq olunan texnologiyalarla da tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR