Azərbaycan prezidenti: “Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha ciddi olmalıdır”
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin bu ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezident nəzarətin güclənməsinin istehsal qiymətlərinin səviyyəsini sabit saxlamağa imkan verdiyini bildirib. Onun sözlərinə görə, müvafiq qurumların ənənəvi bayram ərəfəsində qiymətlərin qalxmaması üçün gördükləri tədbirlər də bəhrəsini verir: “Əvvəlki illərdə bayram ərəfəsində qiymətlər qaldırılırdı və bayramdan sonra da enmirdi. Hər ildə ən azı iki dəfə qiymətlər süni şəkildə şişirdilir. Biz bu xoşagəlməz meyillərlə ciddi mübarizə aparırıq və aparacağıq. Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha ciddi olmalıdır. Onlara qarşı cəza tədbirləri daha da təsirli olmalıdır”.
Prezident təqaüd islahatlarının bundan sonra da aparılacağını deyib: “Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 150 manat və ya 190 dollardır. Orta maaş 370 manat, yəni 470 dollardır. Bu, artır, getdikcə daha da artacaq və beləliklə, qiymətlərin normal səviyyədə qalmasına daim diqqət göstərilməlidir”.
Ölkədə maaş və təqaüdlərin əsasən plastik kartlarla ödənildiyini deyən ölkə başçısı lakin vəsaitin daha dərhal nağd halda çıxarıldığını bildirib. Bunun birinci səbəbi psixolojidirsə, ikinci səbəb həmin kartla əksər yerlərdə alış-veriş etməyin mümkünsüzlüyüdü: “Posterminallar olmadığı üçün bu kartlar sadəcə olaraq bir funksiyanı daşıyırdı ki, pensiyaların, əməkhaqlarının verilməsi zamanı xoşagəlməz hallara son qoyulsun.
Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəllər maaş, pensiya kassirlər vasitəsilə verilirdi və xoşagəlməz hallar kifayət qədər çox idi. Əslində bu, bir ənənəyə çevrilmişdi. Hər bir maaş alan özünü borclu hesab edirdi ki, kassirə maaşından pul versin. Nə üçün o pulu verməli idi?! O, kassirin babasının puludur?! O, dövlətin puludur. Ancaq bir ənənə yaranmışdı və bu, geniş vüsət almışdı. Biz hamımız bunu yaxşı bilirik. Maaşların, pensiyanın plastik kartlarla verilməsi buna son qoydu”.
Ölkə başçısı deyib ki, vəsaitin kartla verilməsi həm də ölkədə nağdsız ödəmələrin genişlənməsinə yol açmalıdır, bunun üçün isə posterminalların geniş tətbiq edilməsinə ehtiyac var.
Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ciddi aparılmasının vacibliyini bildirib: “Həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir”.
Elektron xidmətlərin geniş tətbiq edilməsinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük amil olduğunu deyən prezident İlham Əliyev bütün qurumların elektron xidmətlər göstərməsi üçün sərəncam imzalandığını xatırladıb: “Mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyil. Elə qurumlar, nazirliklər var ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür”.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb