Bank Of Baku

Rusiya aviasərnişinlərin Azərbaycan, Tacikistan və Özbəkistandan meyvə-tərəvəz gətirməsinə qadağa qoyub

Rusiya aviasərnişinlərin Azərbaycan, Tacikistan və Özbəkistandan meyvə-tərəvəz gətirməsinə qadağa qoyub
# 17 aprel 2012 09:08 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu qərar aprelin 16-da “Rosselxoznadzor” (Rusiya Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) tərəfindən elan olunub.

Qadağa zərərverici halların və təsadüf nəticəsində bu ölkələrdən gətirilən digər karantinə götürülmüş məhsulların sayının artması ilə bağlıdır.

Rusiya mətbuatı yazır ki, Mərkəzi Asiyada və Cənubi Qafqazda bol və ucuz olan meyvə-tərəvəz məhsulları bu ölkələrdən gələn şəxslər tərəfindən dəfələrlə Rusiyaya gətirilir. Yay və payız aylarında Rusiya aviareyslərinə minik zamanı sərnişinlərin əl baqajlarında qarpız, üzüm səbətlərinə və digər meyvələrə rast gəlmək ümumi haldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR