Bank Of Baku

Ermənistan nümayəndə heyətinin Bakıya səfəri gözlənilir

Ermənistan nümayəndə heyətinin Bakıya səfəri gözlənilir
# 17 aprel 2012 11:22 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.

Onun sözlərinə görə, Ermənistan da FAO-nun üzvü olduğundan, tədbirə rəsmən dəvət olunub: “Onlar tədbirdə iştirak etmək üçün Bakıya gələcəklərini rəsmən təsdiqləyiblər. Yəqin ki, konfransda onların iştirakı təmin ediləcək”.

İ.Quliyev Bakıda Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunması məsələsinə də toxunub: “Azərbaycanın müvafiq qurumları məsələyə nəzarət edir və onlar Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırdırlar”.

Qeyd edək ki, aprelin 17-20-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR