Bank Of Baku

Bakıda FAO-nun regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının sessiyası işə başlayıb

Bakıda FAO-nun regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının sessiyası işə başlayıb
# 17 aprel 2012 12:00 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, aprelin 20-dək davam edəcək konfrans həftəsi çərçivəsində aprelin 16-da Avropa Qeyri-Hökumət Təşkilatları/Vətəndaş Cəmiyyətləri Məsləhətləşmə tədbiri də təşkil ediləcək.

Avropa üzrə 28-ci Regional Konfransa Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ev sahibliyi edir. Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya Regionuna daxil olan 53 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatının yüksək səviyyəli rəsmiləri iştirak edir. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra Hökumətlərarası və Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransda müşahidəçi qismində iştiraka dəvət olunub.

Kənd Təsərrüfatı üzrə Avropa Komissiyası Avropa üzrə Regional Konfransa hazırlıq tədbiridir. 17-18 aprel 2012-ci il tarixlərində keçiriləcək Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyanın gündəliyinə təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə İş Proqramı və Büdcəsinin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri üzrə debatların aparılması daxil edilib.

Aprelin 19-20-də keçiriləcək Regional Konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun region üzrə İş Proqramının və Büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdən ibarətdir.

Regional Konfrans çərçivəsində aprelin 19-da “Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər - 2050-ci ildə ərzağın vəziyyəti” mövzusunda Nazirlərin Dəyirmi Masa görüşü keçiriləcək. Görüş üzv ölkələrə təqdim ediləcək 2050-ci ilə qədər olan dövr üçün gözləntilər və hesablamalar üzrə hazırlanmış konsepsiya sənədi ətrafında debatların aparılmasına, regional və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş xüsusi qısa və uzunmüddətli tövsiyələrin hazırlanmasına, siyasi fəaliyyətlər və institusional islahatlar ətrafında müzakirələrin aparılmasına imkan yaradacaq.

Regional Konfrans həftəsi çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin edəcək bir sıra paralel tədbirlərin və kiçik sərgilərin təşkil edilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR