Bank Of Baku

Beyləqan və Ağcabədi rayonlarında iri fermer təsərrüfatlarının yaradılması üçün 5000 hektar ərazi ayrılıb

Beyləqan və Ağcabədi rayonlarında iri fermer təsərrüfatlarının yaradılması üçün 5000 hektar ərazi ayrılıb
# 17 aprel 2012 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti Beyləqan və Ağcabədi rayonlarında iri fermer təsərrüfatlarının yaradılması haqqında qərar qəbul edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə həmin rayonlarda 1500 və 3500 hektar ərazi ayrılıb. Artıq bununla bağlı aidiyyəti təşkilatlara göstərişlər verilib və bu sahədə ciddi işlərə başlanıb.

“Bütün işləri nəzərdə tutulan vaxtda yerinə yetirmək mümkün olsa, bu il həmin ərazilərdə əkin işlərinə başlanacaq” - deyə İ.İbrahimov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR