Bank Of Baku

Türkiyənin nazir müavini: “Azərbaycan qida istehsalı üzrə ixracatçı ölkəyə çevrilə bilər”

Türkiyənin nazir müavini: “Azərbaycan qida istehsalı üzrə ixracatçı ölkəyə çevrilə bilər”
# 19 aprel 2012 08:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan gələcəkdə qida istehsalı üzrə ixracatçı ölkəyə çevrilə bilər. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə kənd təsərrüfatı nazirinin müavini Vedat Mirmahmudoğulları deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq edir: “Azərbaycanla kənd təsərrüfatı sahəsində texnoloji əməkdaşlıq edirik və bunun daha da sürətləndirilməsi üçün intensiv işlər aparılır. Azərbaycan çox zəngin ölkədir. Burada neft və qaz yataqlarından başqa digər təbii sərvətlər də mövcuddur. Biz bilirik ki, Azərbaycanda meyvə-tərəvəz məhsulları var, bu sahədə Azərbaycanın potensialı böyükdür. Bu səbəbdən Azərbaycan bu sahədə ixracatçı ölkəyə çevrilə bilər”.

Nazir müavini qeyd edib ki, hazırda Türkiyədən Azərbaycana meyvə, ərzaq və digər məhsullar idxal olunur: “Bu sahədə mövcud olan böyük potensialı hərəkətə gətirmək üçün bütün bilik və təcrübəmizi inkişaf etdirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR