Bank Of Baku

Azərbaycanla Litva arasında aqrar sahədə əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycanla Litva arasında aqrar sahədə əməkdaşlıq sazişi imzalanacaq
# 19 aprel 2012 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanla Litva arasında aqrar sahədə əməkdaşlığa dair sazişinin imzalanması gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu FAO-nun bu gün Bakıda keçirilən konfransı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla görüşündə Litvanın kənd təsərrüfatı naziri Kazis Starkeviçus bildirib.
Litvalı nazirin sözlərinə görə, artıq əməkdaşlıq sazişi hazırlanıb və yaxın vaxtlarda imzalanacaq. Görüşdə həmçinin Azərbaycanla Litva arasında kənd təsərrüfatı sahəsinin müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İ.Abasov görüşdə Litvadan daha çox cins mala-qaranın Azərbaycana idxalı ilə bağlı maraqlanıb və Azərbaycanda heyvandarlıq sahəsinə də diqqət yetirdiyini bildirib. Azərbaycanlı nazir bildirib ki, hazırda Azərbaycana cins mal-qara Almaniya və Avstriyadan idxal olunur.
Konfrans çərçivəsində İ.Abasov həmçinin Polşanın kənd təsərrüfatı naziri Marek Sahiçkini qəbul edib. Görüşdə kənd təsərrüfatı sahəsində hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunub.
İ.Abasov Polşadan Azərbaycana daha çox taxıl məhsulunun idxalında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, tədbir çərçivəsində nazir İ.Abasov ikitərəfli görüşləri davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR