Bank Of Baku

Azərbaycan I rübdə kənd təsərrüfatı istehsalını 3% artırıb

Azərbaycan I rübdə kənd təsərrüfatı istehsalını 3% artırıb
# 19 aprel 2012 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu ötən ilin analoji dövrü ilə müqayisədə 3,2%, o cümlədən bitkiçilik məhsulları istehsalı 6,4%, heyvandarlıq məhsulları istehsalı isə 3,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin aprel ayının 1-dək 104,6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 9,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 1,5 min hektar sahədə dən üçün qarğıdalı, 29 min hektar sahədə kartof, 23,2 min hektar sahədə tərəvəz, 123 hektar sahədə pambıq, 2,5 min hektar sahədə bostan bitkiləri, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,1 min hektar sahədə şəkər çuğunduru, 36 min hektar sahədə çoxillik bitkilər əkilib.

«Heyvandarlıq sahəsində mal-qaranın baş sayının artması ilə yanaşı heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə I rübdə iri buynuzlu mal-qaranın baş sayı 1,8% çoxalaraq 2 697,9 min və qoyun və keçilərin sayı 1,7% artaraq 8 785,7 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 2,5% artaraq 102 min ton, süd istehsalı 2,9% artaraq 374,3 min ton, yumurta istehsalı isə 10,7% artaraq 285,8 mln. ədəd olub», - deyə Komitədən bildirilib.

Eyni zamanda, ilin əvvəlindən tarlalardan 9,6 min ton və ya keçən ildəkindən 13,6% çox tərəvəz toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR