Bank Of Baku

Azərbaycan hökuməti fermerlərə subsidiyaların verilməsinə yenidən baxa bilər

Azərbaycan hökuməti fermerlərə subsidiyaların verilməsinə yenidən baxa bilər
# 20 aprel 2012 08:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan hökuməti fermerlərə subsidiyaların verilməsinə yenidən baxa bilər. “APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, subsidiyalarda əsasən verilmə mexanizminin dəyişdirilməsi təklif olunur: “Bu o demək deyil ki, subsidiyaların həcmi azaldılacaq. Əksinə, ola bilsin, artırılsın. Bu, təkcə Kənd Təsərrüfatı Nazirliyindən asılı olan məsələ deyil, müvafiq qurumlar da bu məsələyə baxmalıdır”.

Nazir qeyd edib ki, fermerlərə subsidiyaların nağd vəsait şəklində deyil, həmin vəsait həcmində gübrə şəklində verilməsi də təkliflər sırasındadır: “Hazırda Azərbaycanda gübrədən istifadə aşağı səviyyədədir ki, bu da məhsuldarlığın aşağı olmasına gətirib çıxarır. Fermerlər gübrələri tələbata uyğun istifadə etmir. Belə ki, hazırda ölkədə gübrəyə olan tələbatın cəmi 10%-i istifadə olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR