Bu il Azərbaycanda taxıl istehsalında yeni rekord gözlənilir
20 aprel 2012 08:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
İ.Abbasovun sözlərinə görə, əgər 2011-ci ildə Azərbaycanda 2,6 mln. ton taxıl istehsal olunubsa, 2012-ci ildə ölkədə ilkin olaraq 2,7 mln. ton taxıl istehsalı proqnozlaşdırılır. Lakin əkin sahələrində zəruri gübrələmə və suvarma işləri aparılacağı təqdirdə illik istehsalın həcmi daha 33,3%, ötən ilin yekunlarına nisbətən isə 34,6% artaraq 3,6 mln. ton çata bilər.
Nazir bildirib ki, fermerlər əkin sahələrində tələbata uyğun olaraq lazımi gübrələmə işləri aparacaqları təqdirdə 1 hektar torpaq sahəsi üçün məhsuldarlıq 10 sentner artaraq hazırkı 25 sentnerdən 35 sentnerədək yüksələ bilər. Ümumi taxıl sahələrinin 900 min ha olduğunu nəzərə alsaq, istehsalın illik həcminin 900 min ton artırılması mümkündür.
Xatırladaq ki, Azərbaycanda ən yüksək taxıl istehsalı 2007-ci ildə (3 mln. ton) qeydə alınıb.

Aqrar-sənaye kompleksi
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024
Tərlan Lətifov: Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır - FOTO
16:03
14 may 2024
Azərbaycanın pambıq lifi ixracı 81 faiz artıb
14:20
9 may 2024