Bank Of Baku

Azərbaycan paytaxtında FAO-nun regional ofisi açılacaq - FOTOSESSİYA

Azərbaycan paytaxtında FAO-nun regional ofisi açılacaq - <font color=red>FOTOSESSİYA</font>
# 20 aprel 2012 09:10 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, sənədi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və FAO-nun baş direktoru Joze Qratsiano da Silva imzalayıb.

Joze Qratsiano da Silva bildirib ki, sazişdə tərəflər arasında əməkdaşlığın 25 prioritet istiqaməti müəyyənləşdirilib ki, bunlardan biri də Bakıda regional ofisin açılmasıdır: “Bu məsələni Azərbaycan prezidenti İlham Əliyevlə görüşərkən də müzakirə etdik. Prezident dedi ki, regional ofis təkcə Azərbaycana yox, bütün regiona xidmət etməlidir”.

Baş direktor qeyd edib ki, Bakıda keçirilən tədbir 129 üzvü olan FAO çərçivəsində regionun ən böyük tədbiridir: “Avropa FAO-nun ən böyük regionudur. Regionun 50-dən çox üzvü var, Bakıda keçirilən tədbirdə 46 dövlətin nümayəndəsi, o cümlədən 11 nazir, 17 nazir müavini, 37 səfir iştirak edib”.

Qeyd edək ki, FAO-nun Avropa üzrə 28-ci regional konfransı günün ikinci yarısında başa çatacaq. Tədbirdə hesabat dinlənilərək təsdiq olunacaq. Hesabatda kiçik fermerlərin dəstəklənməsi, ərzaq təhlükəsizliyi, pestisidlər, gübrələr, iqlim dəyişikliklərinin təsirinin azaldılması, müvafiq standartların tətbiq edilməsi, qlobal və milli səviyyədə statistik məlumatların toplanması, meşə, balıq təsərrüfatları və s. məsələlər öz əksini tapacaq. FAO-nun Azərbaycandakı prioritetləri heyvanların sağlamlığı, balıqçılıq təsərrüfatı, kiçik fermerlərin dəstəklənməsi üçün siyasətin müəyyənləşdirilməsi və s. məsələlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR