Bank Of Baku

Nazir İsmət Abasov: “FAO-nun Bakıda keçirilən regional konfransında 11 nazirin iştirak etməsi Azərbaycanın dünyada artan nüfuzunu göstərir”

Nazir İsmət Abasov: “FAO-nun Bakıda keçirilən regional konfransında 11 nazirin iştirak etməsi Azərbaycanın dünyada artan nüfuzunu göstərir”
# 20 aprel 2012 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakıda keçirilən Avropa üzrə 28-ci regional konfransında 11 nazir, 17 nazir müavini, 37 səfir iştirak edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, bu faktın özü Azərbaycanın dünyada artan nüfuzunun daha bir göstəricisidir.

Nazir xatırladıb ki, FAO-nun bundan əvvəlki regional konfransı 2010-cu ilin may ayında Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilib: “Həmin tədbirdə nazir səviyyəsində təmsil olunan yeganə ölkə Azərbaycan olub. Digər ölkələr isə konfransa nazir müavini və digər təmsilçilər səviyyəsində qatılıb. Bildiyiniz kimi, hər hansı bir ölkənin nazirinin xarici ölkəyə rəsmi səfəri üçün dövlət və ya hökumət başçısının icazəsi lazımdır. FAO-nun Bakıda keçirilən regional konfransında 11 nazirin iştirak etməsi Azərbaycanın dünyada artan nüfuzunu bir daha əyani şəkildə göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR