Bank Of Baku

İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri Azərbaycanın qərb bölgəsində fermerlərlə görüşüb

İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri Azərbaycanın qərb bölgəsində fermerlərlə görüşüb
# 25 aprel 2012 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nda qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssislərindən ibarət işçi qruplar Gəncə-Qazax, Dağlıq Şirvan, Aran və Lənkəran iqtisadi regionlarının ənənəvi üzümçülük rayonlarına ezam edilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu səfərlərin təşkilində məqsəd regionlarda sahibkarların Dövlət Proqramının mahiyyəti, müasir texnologiyalara əsaslanan üzümçülük təsərrüfatlarının formalaşdırılması, üzüm istehsalı, tədarükü və emalı sahəsində dövlət dəstəyi tədbirləri ilə bağlı məlumatlandırılması, fermerlərə əməli köməklik göstərilməsidir.

Tovuz və Şəmkir rayonlarında fermerlərlə keçirilmiş görüşlərdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, üzümçülüyün inkişaf perspektivləri barədə məlumat verib, bu sahənin inkişafına dair dövlət proqramının icrasının ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacağını vurğulayıb.

Qazax və Ağstafa rayonlarında keçirilmiş görüşlərdə isə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rüfət Hüseynəliyev Dövlət Proqramında nəzərdə tutulan tədbirlər, səmərəli üzümçülük təsərrüfatlarının yaradılması, bu sahədə dövlət dəstəyi ilə bağlı fermerlərə ətraflı məlumat verib.

Görüşlərdə həmçinin, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına üzümçülük sahəsi üzrə investisiya layihələrinin hazırlanması və güzəştli qaydada maliyyələşdirilməsi barədə məlumatlar fermerlərin diqqətinə çatdırılıb.

İşçi qrupları digər ənənəvi üzümçülük rayonlarında da olacaq, fermerlərə əməli köməklik göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR