Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri Avropa Birliyinin nümayəndəliyinin rəhbərini qəbul edib

Azərbaycanın kənd təsərrüfatı naziri Avropa Birliyinin nümayəndəliyinin rəhbərini qəbul edib
# 26 aprel 2012 12:36 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi AB-nin Azərbaycanda “Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı”nın icrasının müzakirəsi olub.

İ.Abasov R.Kobianı səmimi salamlayaraq, Azərbaycanın Avropaya inteqrasiyası yolunda çox ciddi addımlar atıldığını və AB-nin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində həmişə öz dəstəyinin göstərdiyini nəzərə çatdıraraq, 17-20 aprel 2012-ci il tarixdə Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında AB nümayəndələrinin iştirakını yüksək dəyərləndirib.

Nazir Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verərək bildirib ki, aqrar sahənin inkişafına dəstək məqsədilə beynəlxalq maliyyə qurumlarının köməyinə ehtiyac duyulur. Bu məqsədlə AB tərəfindən tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir.

Görüşdə “Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı” çərçivəsində müzakirələr aparılıb, proqramın tezliklə həyata keçirilməsi üçün müvafiq təkliflər irəli sürülüb.

AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir R.Kobia səmimi qəbula görə təşəkkür edərək, proqramın qısa zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıb və gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Nazir İ.Abasov proqramın Azərbaycanda uğurla həyata keçirilməsi üçün birgə səylərin əsirgəməyəcəyini bildirərək, onun icrasının sürətləndirilməsi məqsədilə öz təkliflərini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR