Milli Məclisin komitələrinin birgə iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi II oxunuşda müzakirə olunub
27 aprel 2012 09:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) Aqrar siyasət və İqtisadi siyasət komitələrinin iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi II oxunuşda müzakirə olunub.
APA-nın məlumatına görə, müzakirələrdə deputatlarla yanaşı, hökumət nümayəndələri də iştirak edib.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, layihənin təkmilləşdirilməsi zamanı beynəlxalq təşkilatların da rəyləri nəzərə alınıb. Yeni qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə əsasən ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının fəaliyyətinin, kooperasiyanın inkişafının dövlət tənzimlənməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək.
Qanuna əsasən, kooperativlər dövlət və bələdiyyə orqanları və digər hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdansatış bazalarının və pərakəndə satış yerlərinin təşkilində iştirak edə və ya onları sərbəst təşkil edə bilərlər.

Aqrar-sənaye kompleksi
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024
Tərlan Lətifov: Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır - FOTO
16:03
14 may 2024
Azərbaycanın pambıq lifi ixracı 81 faiz artıb
14:20
9 may 2024