Bank Of Baku

Apreldə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5% ucuzlaşıb

Apreldə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5% ucuzlaşıb
# 03 may 2012 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprel ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,7%, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,6%, göyərtilərin 11,9%, xiyarın 13,3%, baş soğanın 1,1%, göy soğanın 3,4%, kartofun 5,9%, quru otun istehsalçı qiymətləri 4,3% ucuzlaşıb, kələmin istehsalçı qiymətləri 2,8%, pomidorun 0,6%, yoncanın istehsalçı qiymətləri isə 0,2% bahalaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7%, limonun 3,7%, fındığın 1,8%, şabalıdın 3%, qozun istehsalçı qiymətləri 0,3% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 0,9%, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,5% və 0,1%, inək və camış südünün 0,2%, yumurtanın 11,5%, təbii balın istehsalçı qiymətləri 2,1% ucuzlaşıb: «Bu ucuzlaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 1%, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 3,3% bahalaşıb».

Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 12,6%, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 0,5% ucuzlaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR