Bank Of Baku

İsmət Abasov: “Bu il Azərbaycanda istehsal olunacaq 2,7 milyon ton taxılın 1,7 milyon tonu ərzaq buğdası olacaq”

İsmət Abasov: “Bu il Azərbaycanda istehsal olunacaq 2,7 milyon ton taxılın 1,7 milyon tonu ərzaq buğdası olacaq”
# 05 may 2012 09:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazirin sözlərinə görə, bununla bağlı ötən ilin sonunda mövcud məhsuldarlıq və əkilmiş sahələrə əsasən proqnoz verilib.

Taxıl məhsullarının 1 milyon 700 min tonu ərzaq buğdası olacaq.

İ. Abasov Azərbaycanın artıq bir neçə ildir ki, meyvə-tərəvəz və bostan məhsulları ilə özünü tam təmin etdiyini deyib: “Azərbaycan bu məhsulları qonşu dövlətlərə də ixrac edir, gələcəkdə bu məsələ daha genişlənəcək. Çünki Azərbaycanın ixrac potensialı çox böyükdür. Buna görə də meyvə-tərəvəz və bostan məhsullarının ixracını daha da artırmağı düşünürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR