Bank Of Baku

Nazir: “Son günlər baş verən yeraltı təkanlar Azərbaycanın kənd təsərrüfatı sahəsinə ciddi zərər vurmayıb”

Nazir: “Son günlər baş verən yeraltı təkanlar Azərbaycanın kənd təsərrüfatı sahəsinə ciddi zərər vurmayıb”
# 15 may 2012 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Son günlər Azərbaycanın şimal-qərb bölgələrində baş verən yeraltı təkanlar ölkənin kənd təsərrüfatı sahəsinə ciddi təsir göstərməyib. “APA-Economics”in xəbərinə görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, zəlzələ əsasən yaşayış yerlərinə ziyan vurub: “Belə olan halda kənd təsərrüfatı sahəsinə müəyyən qədər zərər dəyə bilər. Lakin bu böyük miqyasda deyil”.

Nazir eyni zamanda Mərkəzi Aran bölgəsinə yağan dolunun da kənd təsərrüfatı sahəsinə ciddi zərər vurmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR