Bank Of Baku

İsmət Abasov: «Azərbaycan meyvə, tərəvəz və bostan məhsulları ilə özünü tam təmin edir»

İsmət Abasov: «Azərbaycan meyvə, tərəvəz və bostan məhsulları ilə özünü tam təmin edir»
# 15 may 2012 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 18-də kənd təsərrüfatı sahəsində süni mayalanma proqramı çərçivəsində Sabirabad rayonunda müşavirə keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə hazırda Azərbaycanda ölkəyə damazlıq heyvanlarının gətirilməsinə ciddi diqqət yetirilir və damazlıq heyvanlarına tələbat artıb: «Ölkəyə gətirilən damazlıq heyvanlar südçülükdə istifadə olunur. Mütəmadi olaraq gətirilən damazlıq heyvanlarının növbəti partiyası may ayında, daha sonra isə payızda gətiriləcək».

İ.Abasov onu da bildirib ki, hazırda Azərbaycan ölkədə istehsal etdiyi meyvə-tərəvəz və bostan məhsulları ilə özünü tam təmin edə bilir. Eyni zamanda bu məhsullar ixrac olunur və ölkə ərazisində inşa olunan yeni istixanalar ixracın həcmini bir qədər də artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR