Bank Of Baku

Azərbaycanda avtomobil və qoşqu istehsalı azalıb

Azərbaycanda avtomobil və qoşqu istehsalı azalıb
# 28 may 2012 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində 49,7 milyon manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 17,8% çox məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə maşın və avadanlıqların istehsalı 57,9% artıb, avtomobil və qoşquların istehsalı isə 79,6% azalıb. Eyni zamanda 16,2%-lik artım sair nəqliyyat vasitələrinin istehsalında da müşahidə olunub: «Yanvar-aprel ayları ərzində 48 ədəd yük avtomobili, 448 ədəd traktor istehsal edilib».

Qeyd edək ki, mayın 1-nə istehsalçı müəssisələrin anbarlarında 32,8 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 11,5%-i qədər hazır məhsul ehtiyatı qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR