Bank Of Baku

Rusiya ABŞ-dan donuz əti idxalını dayandırıb

Rusiya ABŞ-dan donuz əti idxalını dayandırıb
# 03 iyul 2012 08:06 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ müəssisələrindən birinin Rusiyaya donuz əti ixrac etməsi qadağan olunub. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, buna səbəb həmin məhsullarda tetrasiklin qrupuna aid antibiotiklərin aşkar olunmasıdır.

Rusiya Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tətbiq etdiyi qadağada istehsalçının adı deyil, nömrəsi (18079) göstərilib.

Bundan başqa, “Rosselxoznadzor” Kanadanın veterinar xidmətinə xəbərdarlıq göndərərək, 10 saylı müəssisədə sanitar normalarının pozulmasının yolverilməzliyini və çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini bildirib. Bu istehsalçının məhsullarında da tetrasiklin qrupuna aid antibiotiklər aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR