Azərbaycanda Kənd İnvestisiyaları Layihəsinin ikinci mərhələsi başlanıb
AzKİL II-nin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ümumi dəyəri 53,6 mln. dollar təşkil edən məbləğin 23,6 mln-u hökumətin payına düşəcək. Bu yeni layihə özündən əvvəlki çox uğurlu layihənin nəticələrinə əsaslanır. Həmin layihə 600 min fermerin gəlirlərinin artırılmasına, 700 min nəfəri əhatə edən irriqasiya xidmətinin təkmilləşdirilməsinə və 150 min kənd sakininin təmiz içməli su ilə təmin edilməsinə öz töhfəsini verib.
DB-nin sosial inkişaf üzrə baş mütəxəssisi və Layihə Lideri Daniel Ouen bildirib ki, AzKİL çox müvəffəqiyyətli proqram kimi geniş şəkildə tanınmaqdadır: “Layihə ötən yeddi ildə yoxsul əhalinin rifahı və iqtisadi perspektivlərinə xidmət etmək, o cümlədən onların yaxşılaşdırılması məqsədilə icmanın imkanlarının genişləndirilməsinə və yerli inkişafa investisiya qoyuluşu istiqamətində hərtərəfli dividentlər nümayiş etdirib. AzKİL II özündən əvvəlki layihənin faydalarından kənarda qalmış rayonları əhatə edəcək, kənd yoxsullarının gəlir imkanlarının yaradılmasına dəstək verəcək, icma tərəfindən müəyyən olunan kənd infrastrukturuna investisiyaların maliyyələşdirilməsini davam etdirəcək, icmaların inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, planlaşdırılması və səmərəli həyata keçirilməsi məqsədilə yerli bələdiyyələrlə tərəfdaşlıq çərçivəsində icmaların potensialını gücləndirəcək”.
Azərbaycan əhalisinin təxminən yarısı və ölkənin işçi qüvvəsinin təxminən 40%-i kənd yerlərində yaşayır. Son bir neçə il ərzində əsas infrastruktura dövlət sərmayəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, kənd əhalisinin dövlət xidmətlərinə çıxışı və onun keyfiyyəti sahəsində bir sıra çatışmazlıqlar qalmaqdadır. Əsas problem infrastruktur çatışmazlığıdır ki, bu da kənd yolları, irriqasiya və drenaj sistemlərinin kifayət qədər olmamasında müşahidə olunur.
DB-nin Cənubi Qafqaz üzrə yeni regional direktoru Henri Kerali deyib ki, AzKİL kimi proqramlar Azərbaycanın kənd yerlərində dövlət xidmətlərinin göstərilməsinin formalaşdırılması üçün çox mühümdür: “Bu layihə kənd yoxsullarına prioritet inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində əsas qərarvericilik səlahiyyəti verib və infrastrukturun təkmilləşdirilməsi vasitəsilə 1,5 mln-dan çox insan üçün xidmətlərə çıxışı əhəmiyyətli dərəcədə yüksəldib. Xüsusilə AzKİL II çərçivəsində kənd təsərrüfatında məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılması, o cümlədən benefisiarların yaşam keyfiyyətinin yüksəldilməsinə aparacaq təkmilləşdirilmiş kənd infrastrukturuna çıxışın gücləndirilməsinə nail olunmaq niyyətindədir”.
Bu layihənin məqsədlərinə kənd infrastrukturu sahəsində tələbat əsasında həyata keçirilən mikrolayihələrin maliyyələşdirilməsi vasitəsilə nail olunacaq. Potensial investisiyalar icmalar tərəfindən müəyyən olunan prioritet ehtiyaclara əsaslanan əsas iqtisadi infrastrukturu (ikinci dərəcəli yolların, içməli su sistemlərinin, irriqasiya infrastrukturunun, elektrik enerjisi transformatorlarının bərpası kimi) və sosial infrastrukturu (məktəblərin və xəstəxanaların təmiri və tikintisi kimi) əhatə edir. Layihənin hədəf qrupu 1000 nəfərdən 10 000 nəfərə qədər insanı əhatə edən kənd icmalarıdır. Layihə həmçinin daha öncə təkmilləşdirilmiş infrastrukturdan faydalanan seçilmiş sayda icmada gəlir yaradan pilot fəaliyyətləri də dəstəkləyəcək.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür və bu günə kimi bankdan 43 layihə üzrə ümumilikdə 3,1 mlrd. dollar məbləğində vəsait alıb.
Aqrar-sənaye kompleksi
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
Xəbər Lenti
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO