Bank Of Baku

Azərbaycanda taxıl sahələrinin 50%-də biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 50%-də biçin başa çatıb
# 09 iyul 2012 09:57 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyulun 2-nə ölkədə dənli və paxlalıların əkin sahələrinin 61%-də biçin başa çatıb.

İndiyədək biçilən sahələrdən 1 584 558 ton məhsul toplanıb. Bu, ötən ilin eyni dövründəkinə nisbətən 24,1% artıqdır. Sahələr üzrə orta məhsuldarlıq hər hektardan 26,4 sentner təşkil edir ki, bu da ötən ilin göstəricisinə nisbətən 2,2 sentner və ya 9,1% artıqdır.

Bu il 689 659 hektar sahədə buğda əkilib ki, bu da ötən ilə nisbətən 28,8 min hektar və ya 4,4% artıqdır. İndiyədək taxıl zəmilərinin 50%-i biçilib və 940 751 ton buğda yığılıb. Bu, ötən ilin eyni dövründəkinə nisbətən 25,3% artıqdır. Bu il buğda sahələri üzrə orta məhsuldarlıq hər hektara 27,1 sentner təşkil edib ki, bu da ötən ilki göstəricidən 2,4 sentner və ya 9,7% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR