Bank Of Baku

Bakıda FAO-nun regional ofisi açılacaq

Bakıda FAO-nun regional ofisi açılacaq
# 10 iyul 2012 12:32 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, missiyanın əsas məqsədi FAO-nun Bakıda Əlaqələndirmə Ofisinin açılması ilə bağlı Azərbaycanın aidiyyəti dövlət qurumları ilə müzakirələr aparmaq və tərəflərin öhdəliklərini təfsilatlı şəkildə müzakirə etməkdən ibarətdir.

Görüşdə nazir İ.Abasov Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində hökumət səylərinin dəstəklənməsində FAO tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin və bu təşkilatın mütərəqqi təcrübəsinin rolunun mühüm olduğunu vurğulayıb. Nazir Azərbaycanla FAO arasında yüksək səviyyədə əməkdaşlığın olduğunu xatırladaraq, FAO-nun Bakıda Əlaqələndirmə Ofisinin açılmasının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən şəxsən dəstəkləndiyini qeyd edib.

FAO baş direktorunun xüsusi müşaviri Məhəmməd Ruiqi isə FAO-nun Bakıda Əlaqələndirmə Ofisinin açılması təşəbbüsünün dövlət başçısı tərəfindən dəstəklənməsinin Azərbaycanın qlobal ərzaq təhlükəsizliyi üzrə səylərə verəcəyi töhfə kimi qiymətləndirib. O, Əlaqələndirmə Ofisinin açılması ilə bağlı ilkin müsbət qərar olacağı təqdirdə, Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyətin digər ölkələrdə Əlaqələndirmə Ofislərinin fəaliyyəti və iş prinsipi ilə tanış olmaq məqsədilə bu ofislərin yerləşdiyi ölkələrə səfərinin təşkil edilməsinin mümkünlüyünü qeyd edib. Qonaq FAO-nun Bakıda Əlaqələndirmə Ofisinin açılması ilə bağlı işlərin cari ilin sonunadək yekunlaşdırılması niyyətində olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR