Bank Of Baku

Azərbaycan taxıl istehsalını 12% artırıb

Azərbaycan taxıl istehsalını 12% artırıb
# 01 avqust 2012 07:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həmçinin 671,8 min hektar buğda sahəsi biçilib ki, bu da buğda sahələrinin 98%-ni təşkil edir.

Ümumiyyətlə, iyulun 30-u tarixinə ölkədə 2,520 mln. ton taxıl istehsal edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 11,6% çoxdur. Bir hektardan məhsuldarlıq isə ötən ilin 24,7 sentnerindən 26,1 sentnerədək artıb.

Qeyd edək ki, hesabat dövründə Şəki rayonu 239 min tona yaxın taxıl istehsal edərək ölkədə bu sahədə liderliyi saxlayıb. Cəlilabad 131,2 min tonla ikinci, Ağsu və Neftçala rayonları isə 102 min tondan artıq məhsul istehsal edərək 3-4-cü yerləri bölüşdürür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR