Bank Of Baku

Azərbaycan araq istehsalını azaldıb

Azərbaycan araq istehsalını azaldıb
# 07 avqust 2012 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan içki istehsalını ötən ilin analoji dövrünə nisbətən 17,8% artıraraq 13 650,7 min dekalitrə çatdırıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 7 min dekalitr şampan, 388,2 mln. dekalitr araq, 422,1 min dekalitr üzüm şərabı, 2 320,6 min dekalitr pivə, 44,9 min dekalitr brendi (konyak) və 10 467,9 min dekalitr alkoqolsuz içkilər istehsal olunub.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə şampan istehsalı 13,6%, araq istehsalı 9,7% azalıb, üzüm şərabı istehsalı 42,6%, pivə istehsalı 16,9%, brendi istehsalı 37,7% alkoqolsuz içkilər istehsalı isə 17,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR