Bank Of Baku

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizmi dəyişəcək

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi mexanizmi dəyişəcək
# 07 avqust 2012 16:07 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib: «Ölkə başçısı Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər dövlət qurumlarına fermerlərə verilən subsidiyaların effektivliyinin daha da artırılması barədə tapşırıq verib. Yəni ola bilər ki, subsidiyaların məbləği artırılsın, amma elə istifadə olunsun ki, onun effektivliyi qat-qat artıq olsun».

İ.Abasov bildirib ki, hazırda bununla bağlı həm Kənd Təsərrüfatı Nazirliyi, həm də digər dövlət orqanları lazımi tədbirləri görür: «Yəqin ki, bu yaxınlarda bununla bağlı müvafiq qərarlar qəbul olunacaq».

Bununla yanaşı nazir qeyd edib ki, hazırda fermerlərə subsidiyalar mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan formada verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR