Bank Of Baku

Nazir İsmət Abasov: «Şirkətlər yerli taxıla üstünlük verməlidir»

Nazir İsmət Abasov: «Şirkətlər yerli taxıla üstünlük verməlidir»
# 07 avqust 2012 16:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Azərbaycanda yaxın vaxtlarda un və çörəyin bahalaşması gözlənilmir. «APA-ECONOMICS»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Xaricdən gətirilən taxılın bahalaşması və bunun çörəyin qiymətinə mümkün təsiri barədə suala cavab verən nazir bahalaşma təhlükəsinin olmadığını, əksinə, bu ilin ilk 7 ayında kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşdüyünü bildirib.

Bununla yanaşı, nazir qeyd edib ki, yaranmış vəziyyətdə idxalla məşğul olan şirkətlər taxılı yerli istehsalçılardan almalıdırlar: «Mən düşünürəm ki, taxıl idxalı ilə məşğul olanlar üzlərini yerli istehsala çevirməlidir. Çünki yerli istehsala dəstək vermək üçün bu məhsullar alınmalıdır, fermer onu satmalıdır».

Nazir xatırladıb ki, əvvəlki illərdə ərzaq məqsədilə istehsal olunan buğda, satıla bilmədiyinə görə, sahibkarlar tərəfindən digər məqsədlər, hətta heyvandarlıq yemi kimi istifadə olunub, bu da düzgün deyil: «Bütün dünyada məhsul qıtlığı müşahidə olunduğu bir vaxtda biz çalışmalıyıq ki, yerli istehsaldan maksimum səmərəli istifadə edək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR