Bank Of Baku

Nazir: «Azərbaycanın aqrar sektorunda əldə etdiyi uğurlarda «Aqrolizinq»in böyük rolu var»

Nazir: «Azərbaycanın aqrar sektorunda əldə etdiyi uğurlarda «Aqrolizinq»in böyük rolu var»
# 07 avqust 2012 16:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Azərbaycanın aqrar sektorunda əldə olunmuş uğurlarda «Aqrolizinq» ASC-nin də böyük rolu var. «APA-ECONOMICS»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, vaxtı ilə bu təşkilatın yaradılması, sonra isə onun fəaliyyətinin genişləndirilməsi barədə ölkə rəhbərliyinin qərarları sayəsində yerli fermerlər «Aqrolizinq» timsalında böyük dəstək əldə ediblər. Bura həm texniki servis, həm də gübrələrin güzəştli şərtlərlə verilməsi və digər xidmətlər aiddir.

Bununla yanaşı, nazir bildirib ki, bəzən təşkilatın işində nöqsanlar da baş verir. «Ola bilsin ki, «Aqrolizinq»in hansısa rayon bölmələrində nöqsanlar olur. Amma həm təşkilatın rəhbərliyi, həm də Nazirlik bunun qarşısını almaq üçün tədbirlər görür. Belə insanlar barəsində dərhal qərarlar qəbul olunur, onlar işdən azad edilir və ya əgər cinayət xarakterli məsələ varsa, onlar hüquq-mühafizə orqanlarına verilir və bu gün bir neçə «Aqroservis»in işi hüquq-mühafizə orqanlarındadır və bir neçə əməkdaş haqqında həbs qəti imkan tədbiri seçilib», - deyə İ.Abasov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR