Bank Of Baku

Azərbaycanda balıqartırma müəssisələrinin məsrəfləri 14% artıb

Azərbaycanda balıqartırma müəssisələrinin məsrəfləri 14% artıb
# 09 avqust 2012 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsinə 928,2 min manat vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən işlərin yerinə yetirilməsinə yönəldilən vəsait ötən ilin yanvar-iyun aylarına nisbətən 110,2 min manat və ya 13,5% çoxdur. Xərclər əsasən süni balıqartırma müəssisələrinin fəaliyyəti və balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərini əhatə edib.

«Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatların təbii su hövzələrinə və anbarlarına buraxdığı 280,7 mln. ədəd balıq körpələrinin 273,1 mln. ədədi çəkikimilərin, 5,5 mln. ədədi bitki ilə qidalanan balıqların, 2 mln. ədədi nərəkimilərin və 0,1 mln. ədədi qızıl balıqların payına düşüb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR