Bank Of Baku

Bakının ət bazarında reyd keçirilib

Bakının ət bazarında reyd keçirilib
# 11 avqust 2012 10:58 (UTC +04:00)
Baytarlıq Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, havaların isti keçməsi ilə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədilə avqustun 11-də Bakının müxtəlif yerlərində reydlər keçirib. Reydlər Bakı şəhəri ərazisində fəaliyyət göstərən bir neçə ət qəbulu məntəqələri və bazarı, o cümlədən Təzə bazar, 8-ci km bazarı, Keşlə bazarı, Dərnəgül topdansatış məntəqəsi, eləcə də «Bakı» kinoteatrı yaxınlığında təşkil olunmuş yarmarkanı əhatə edib.

Səhər saat 4-5 radələrində başlanan tədbir zamanı adı çəkilən obyektlərdə baytarlıq-sanitariya qaydalarının pozulmadığı, müxtəlif rayonlardan gətirilən heyvan və heyvan mənşəli məhsulların baytarlıq sənədləri əsasında gətirildiyi aşkar olunub. «Reyd zamanı rast gəlinən kiçik nöqsanların aradan qaldırılması baytar mütəxəssislərindən tələb edilib və lazımi tövsiyələr verilib. Belə reydlərin davam etdirilməsi nəzərdə tutulur», - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR