Bank Of Baku

İtaliyanın aparıcı un dəyirmanları istehsalçısı Azərbaycan bazarına maraq göstərir

İtaliyanın aparıcı un dəyirmanları istehsalçısı Azərbaycan bazarına maraq göstərir
# 16 avqust 2012 11:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Un dəyirmanları və müvafiq avadanlıqların istehsalı sahəsində fəaliyyət göstərən İtaliyanın «Ocrim» şirkəti Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «Ocrim» şirkəti xüsusilə, un və qarğıdalı əsasında yütmə fabriklərinin, müxtəlif tipli qida üçün dəyirmanların, dənli bitkilər üçün fabrik-anbarların quraşdırılması və digər sahələrdə ixtisaslaşıb: «Şirkətini səciyyələndirən üsusiyyətlərdən biri də səyyar dəyirmanların istehsalıdır. Hazırda «Ocrim» dünyanın 20-dən artıq ölkəsində fəaliyyət göstərir».

Şirkət müvafiq sahədə maşın və avadanlıqların təchizatından tam fabrik/dəyirman kompleksinin inşasınadək bütün istiqamətlər üzrə Azərbaycan ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. «Ocrim» həmçinin layihənin texniki-iqtisadi əsaslandırmasından fabrik/dəyirman kompleksinin hazır sürətdə təhvil verilməsinədək bütün fazalar üzrə öz xidmətlərini təklif edir. Şirkət dəyirman texnologiyaları üzrə təlimlər həyata keçirmək imkanına da malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR