Bank Of Baku

Bu il Azərbaycanda buğda tədarükü 12% artıb

Bu il Azərbaycanda buğda tədarükü 12% artıb
# 16 avqust 2012 15:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda buğda tədarükü ötən ilə nisbətən 12,2% artıb. Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu günədək buğda əkini sahələrinin 682 629 hektarında və ya əkin sahələrinin 99%-də biçin başa çatıb. Bu sahələrdən 1 835 037 ton buğda yığılıb ki, bu da ötən ilin eyni vaxtına nisbətən təqribən 200 min ton və ya 12,2% artıqdır.

Bu il buğda əkini sahələrində məhsuldarlıq hər 26 sentner/hektar təşkil edib ki, bu da ötən ilin göstəricisindən 1,8 sentner/hektar və ya 7,2% artıqdır.

Ümumilikdə, bu günədək payızlıq və yazlıq dənli və dənli paxlalıların əkin sahələrinin 984 343 hektarında və ya 98%-də biçin başa çatıb. Bu sahələrdən 2 594 206 ton məhsul yığılıb ki, bu da ötən ilin eyni vaxtına nisbətən 306 min ton və ya 13,4% artıqdır. Bu dövrdə ümumi məhsuldarlıq 26,4 sentner təşkil edib ki, bu da ötən ilə nisbətən 1,7 sentner və ya 6,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR