Bank Of Baku

Biləsuvarda pambıq yığımına başlanıb

Biləsuvarda pambıq yığımına başlanıb
# 31 avqust 2012 09:43 (UTC +04:00)
Biləsuvar. Ağəddin Babayev - APA. Biləsuvarda pambıq yığımına başlanıb. Rayon İcra Hakimiyyəti aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, bu il Biləsuvarda pambıq yığımına ötən illə müqayisədə iki həftə tez başlanıb ki, bu da əlverişli hava şəraiti ilə əlaqədardır.

Cari mövsümdə 400-ə yaxın torpaq mülkiyyətçisi “Biləsuvar-Pambıq” ASC ilə müqavilə bağlamaqla 1700 hektar sahədə pambıq əkib. Pambıqçılar əsasən “Aqalyonnı” və “Ağ qızıl” kimi yüksək reproduksiyalı toxumlara üstünlük veriblər. Nəticə etibarilə tarlalarda bol məhsul yetişdiyindən, hər hektarın məhsuldarlığının 20-25 sentnerdən az olmayacağı gözlənilir.

Zavod tərəfindən yığılan məhsulun 1 kiloqramının qiyməti artırılaraq 42 qəpik olub. Qısa müddətdə 100 tonadək məhsul toplanılaraq “Biləsuvar-Pambıq” ASC-yə təhvil verilib. Bu il pambıq yığımında əl əməyindən daha çox pambıqyığan maşınlara üstünlük vermək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR